İran İraqa İŞİD əleyhinə 100 “Skad” verməyə hazırdır

İran İraqa Ənbar əyalətinin mərkəzi Ramadini İŞİD terror qruplaşmasından azad eləmək üçün aparılacaq hərbi kampaniyaya “yer-yer” tipli 100 ədəd “Skad” raketi verməyə hazırdır. Musavat.com-un məlumatına görə, bu barədə “əl-Arabiya” kanalı xəbər yayıb.

Məlumatlı mənbələrin bildirdiyinə görə, İraqın paytaxtı Bağdadda Ramadidəki döyüşlərə cəlb edilmiş İraq xalq könüllü dəstələri ilə İran kəşfiyyatının yüksək çinli zabitləri arasında görüş olub. Görüşdə “yer-yer” tipli 100 ədəd “Skad” raketinin İŞİD-ə qarşı əməliyyatlarda istifadə üçün könüllülərə verilməsinin müzakirə olunduğu deyilir.

O da bildirir ki, İran hərbçiləri artıq raketlərin Ənbar əyalətinə çatdırılmasının marşrutunu da işləyib hazırlayıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar