“Apple” ABŞ kəşfiyyatına işlədiyini təkzib etdi

Röyter agentliyinin məlumatına görə, ABŞ-ın xüsusi xidmət orqanlarına işləməkdə günahlandırılan Apple şirkəti ona qarşı olan bütün ittihamları təkzib edib. Lakin maraqlıdır ki, bununla bağlı press-relilizi dünyanın aparıcı agentliklərinə göndərən şirkət təkzib informasiyasını öz rəsmi saytında yerləşdirməyib.

Press- relizdə deyilir: ”Apple şirkəti “iPhone” da daxil olmaq şərti ilə, öz məhsullarına qeyri-leqal daxil olmaq üçün ABŞ-ın xüsusi xidmət orqanları ilə heç bir zaman əməkdaşlıq etməyib. Milli Təhlükəsizlik Agentliyinin (MTA) bizim məhsulları izləməyə imkan verəcək hər hansı bir proqrama malik olmalarından isə xəbərsizik.”

2013-cü il dekabrın 30-da alman jurnallı Şpigel izləmənın bütün sxemləri haqqında məqalə dərc etmişdi. Məqalədə iddia edilirdi ki, ABŞ–ın Milli Təhlükəsizlik Agentliyi DROPOUT JEEP adlı program vasitəsi ilə birinci nəsil “iPhone”ları nəzarətdə saxlayırmış. Bu proqramın hazırlanmasına 2008-ci ildən başlanıb. Həmin proqram smartfonlarda olan bütün məlumatların tam şəkildə əldə olunmasına imkan yaradır. Bu məqalə ilə əlaqədar MTA cavab bəyanatı ilə çıxış edərək bildirib ki, onlar yalnız əks-kəşfiyyat fəaliyyəti ilə məşğuldurlar və vətəndaşların şəxsi həyatlarına müdaxilə etmirlər.

DROPOUT JEEP-dən əlavə MTA- nin PRİSM adlı proqramı da mövcuddur. Bu proqram internet trafiki və internet resurslarını müşahidə etmək üçün yaradılıb. MTA direktoru bildirir ki, PRİSM proqramı ABŞ Konqresinin xarici kəşfiyyat haqqında çıxardığı qanuna əsasən fəaliyyət göstərir. Belə görünür ki, rejissor Toni Skotun hələ 1998-ci ildə çəkdiyi “Dövlətin düşməni” adlı filmi zaman içərisində gerçəkləşərək sənədli filmə bənzəməyə başlayıb.

V.Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar