Nazirin zenit topu ilə öldürülmə anı - VİDEO

Kim Jong-un bir aydan artıqdır ki ictimaiyyət qarşısına çıxmayıb.

Bu ayın əvvəlində dünya mediasında Şimali Koreya müdafiə nazirinin ölkə rəhbəri Kim Çen Inın göstərişi ilə zenit topu ilə güllələnməklə edam edilməsi barədə məlumat yayılmışdı. O vaxt inandırıcı görünməyən bu xəbər, sən demə, gerçək imiş. APA TV-nin xəbərinə görə, bu gün sosial şəbəkələrdə sözügedən edam səhnəsinin video görüntüləri yayılıb. Dəhşət saçan görüntüləri diqqətinizə çatdırırıq.

Qeyd edək ki, Koreya Xalq Demokratik Respublikasının (KXDR) silahlı qüvvələr naziri Xön Yön Çxol aprelin 30-da izdiham qarşısında zenit topundan güllələnərək edam olunub. “Renxap” agentliyinin yaydığı məlumata görə, vəzifəsindən azad olunan nazir KXDR lideri Kim Çen Inın iştirak etdiyi hərbi paradda yuxulamaqda ittiham olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar