Həbsdəki oliqarxlarla görüş olacaq

Elçin Behbudov ilk olaraq Bayraq Meydanının həbsdəki rəisilə görüşmək niyyətindədir

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov may ayının 29-da saxlanılan tanınmış iş adamları və keçmiş məmurlarla görüşəcək. Bu barədə Elçin Behbudov anspress-ə məlumat verib. Onun sözlərinə görə, may ayının 29-da ilk görüşəcəyi şəxs Dövlət Bayrağı Meydanının keçmiş rəisi, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədov olacaq.

“Görüşdə ilk öncə onun səhhətilə maraqlanacağam. Barəsində yürüdülən ittihamlar barədə Rəşad Məmmədovun fikirlərini öyrənəcəyəm. Özünü ittiham olunduğu maddə ilə günahkar bilib-bilməməsini soruşacağam. Həmin gün digər saxlanılmış şəxslərlə də görüşmək niyyətim var”, - deyə Elçin Behbudov bildirib.

O əlavə edib ki, iyun ayında mətbuat konfransı keçirəcək. Mətbuat konfransı xaricdə fəaliyyət göstərən insan hüquqları təşkilatlarının Azərbaycana qarşı yürütdüyü qərəzli mövqe və onların qeyri-düzgün hesabatları müzakirə olunacaq. Görüşdə həmçinin Azərbaycanda saxlanılan keçmiş məmurlar barədə də fikirlər müzakirə olunacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar