Əli Həsənov İsrail səfərinin yekunları haqda şərh verdi

"Azərbaycan İsraili müttəfiqi və strateji tərəfdaşı hesab edir". "Report" "Jerusalem Post" qəzetinə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov İsrailə səfərinin yekunlarını şərh edərkən deyib. O, səfər çərçivəsində Azərbaycandan İsrailə köçən böyük yəhudi icmasının yaşadığı Akko şəhərinin meri Şimon Lankri ilə də görüşüb.

Ə.Həsənov bildirib ki, Azərbaycanla İsrail arasındakı münasibətlər bundan sonra da inkişaf edərək çiçəklənəcək. Prezidentin köməkçisi əlavə edib ki, İsrail həm də Yaxın Şərqdə mühüm dövlət olduğuna və inkişaf etmiş texnologiyalarına görə Azərbaycan üçün vacib ölkədir.

Ə.Həsənov qeyd edib ki, Azərbaycan digər ölkələrlə münasibətlərini öz maraqlarına uyğun qurur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar