“Bakı bulvarı”nda atışma - 4 nəfər yaralanıb

Moskvanın “Bakı bulvarı” restoranında silahlı insident baş verib. APA-nın “LifeNews”a istinadən verdiyi məlumata görə, hadisəyə səbəb gənc oğlanın iki kişi və iki qadınla mübahisəsi olub.

Sərxoş olan gənc restoranda atəş açıb, nəticədə mübahisə etdiyi 4 nəfəri yaralayıb.

Lakin bununla münaqişə bitməyib. Hadisə şahidlərinin bildirdiyinə görə, restoranın yerləşdiyi əraziyə avtomobillə qara maskalı şəxslər gəliblər. Onlar avtomatdan ətrafdakı maşınlara atəş açıblar.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar