Bakıda möhtəşəm atəşfəşanlıq olacaq

Sabah, 28 May – Respublika Günü münasibətilə Bakıda bayram şənlikləri keçiriləcək.

Bu barədə Bakı şəhər İcra Hakimiyyəti ANS PRESS-ə məlumat verib.

Verilən məlumata görə, sabah müstəqillik günü paytaxtda mükəmməl şəkildə qeyd ediləcək.

"Bakı Şəhər İcra Hakimiyyəti Sizi 28 May – Respublika Günü münasibəti ilə təbrik edir, keçiriləcək bayram konsertinə və möhtəşəm atəşfəşanlığı seyr etməyə dəvət edir", - deyə Bakı meriyası sakinlərə müraciət edib.

Qeyd edək ki, sabah 28-də Milli Parkın ərazisində Saat Qülləsinin yanında incəsənət ustalarının iştirakı ilə təşkil olunan konsert saat 21.00-da başlayacaq və saat 23.00-da möhtəşəm atəşfəşanlıq olacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar