Azərbaycanla Belarusdan Avropaya birgə etiraz

Azərbaycan və Belarus Avropa Xarici Siyasət Xidmətinə etiraz məktubu göndəriblər. Anspress-in məlumatına görə, məktubda "Şərq tərəfdaşlığı" sammitinin yekun bəyannaməsinə etiraz edilir. Agentliyin nümayəndəsi də həmin məktubların alındığını təsdiqləyib. Lakin məktubların mətni açıqlanmır.

Xatırladaq ki, bazar ertəsi günü Azərbaycan Xarici İşlər Nazirliyi bildirmişdi ki, "Şərq tərəfdaşlığı" sammitinin yekun bəyyannaməsinin müəllifləri ikili standartlardan yan keçə bilməyiblər.

"Bakı Avropa İttifaqından Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar "aydın və birmənalı mövqe" nümayiş etdirməyi gözləyir", - deyə XİN bəyanatda qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar