Məhkəmə 600 min rüşvət alan hakimin vəsatətini təmin etdi

Bu gün Bakı Apellyasiya Məhkəməsində dələduzluq və rüşvətxorluqda təqsirləndirilən keçmiş hakim Həsən Əliyevin apellyasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edərək bildirib ki, cinayət işi üzrə işə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxıldığı üçün apellyasiya şikayəti də Gəncə Apellyasiya Məhkəməsində araşdırılmalıdır. Prokuror işin Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi barədə vəsatət verib. Hakimlər vəsatəti təmin ediblər.

İttiham aktına görə, iş adamı Ramazan Səlimov işə düzəlmək üçün tanışı Elman Məmmədova müraciət edib. E. Məmmədov isə onu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevlə tanış edib. Həsən Əliyev R. Səlimovdan işə düzəltmək adı ilə 600 min manat pul alıb. Lakin sonradan pulu qaytarmayıb. Bundan sonra R. Səlimov polisə şikayət edib. Şikayət əsasında cinayət işi başlanıb və E. Məmmədov həbs olunub. Daha sonra məlum olub ki, Taleh Süleymanov adlı şəxs də cinayətdə iştirak edib və o da həbs edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elman Məmmədov 8 il, Taleh Süleymanov 7 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə azadlıqda olan Həsən Əliyevin barəsində isə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. O, məhkəmə zalında olunub.

Prezident İlham Əliyev Həsən Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb. Buna səbəb kimi Həsən Əliyevin qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozması göstərilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar