Google yeni sinif avtomatik sistemlər yaratmaq istəyir

Keçən ilin ən yadda qalan hadisələrindən biri də Amerikanın Google kompaniyasının ABŞ Müdafiə Nazirliyi üçün xüsusi robortlar hazırlamaq üzrə ixtisaslaşan mühəndislik şirkəti olan “Boston Dynamics”i satın alması olmuşdur. Ancaq bu sövdələşmədəki müqavilənin qiyməti və şərtləri açıqlanmadı. “The New-York Times” qəzetinin məlumatına görə, 2013-cü ilin əvvəllərində Google həmçının ABŞ-ın Qabaqcıl müdafiə və araşdırma proyektləri Agentliyi (DARPA) ilə 10,8 milyon dəyərində müqavilə də imzalayıb. Ancaq Google nümayəndələri Pentaqon ilə əməkdaşlığı planlaşdırmadıqlarını bəyan edirlər. “Boston Dynamics”in qərargahı Massaçusets ştatının Uoltem şəhərində yerləşir. Bu şirkət 2008-ci ildə hazırladığı və Big Dog adını verdikləri robotu təqdim etdikdən sonra daha çox məşhurlaşmağa başladı. Həmin robot yüksək təpələrə dırmanmaq, qar üzərində yerimək və həmçinin güclü zərbələrə qarşı da davam gətirə bilmək bacarığını nümayiş etdirdi. Şirkətin digər məhsullarından olan Cheetach adlı robot isə saatda 50 kilometrə qədər sürət alır. Digər robot olan qumanoid Petman isə “insanabənzər” hərəkət edən ən sürətli robot hesab olunur. Bunun bənzəri digər robot isə Atlasdır... Mütəxəssislərin fikrinə görə, axırıncı sövdələşmə onu göstərir ki, Google hər bir şey edə biləcək yeni sinif avtomatik sistemlər yaratmaq istəyir.

“Boston Dynamics”in əsası 1992-ci ildə Massaçusets Texnologiya İnstitutunun keçmiş professoru Mark Raytbert tərəfindən qoyulmuşdur. Onun hazırladığı robotlar komersiya məqsədi üçün istifadə olunmur və Bostonun məhsullarının sifarişçıləri yalnız DARPA və Pentaqondur. Onlar bu məhsulları öz məqsədləri üçün istifadə etməklə yanaşı, bu tip mexanızmlərin inkişaf etməsinə və gələcək araşdırmaların sürətləndirilməsinə təkan vermək üçün də alırlar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar