Yaponlar üzən günəş elektrik stansiyası yaradıblar

Rusiya KİV-nin yaydığı məlumata görə, Yaponiyanın Kasay şəhərində (Heqo mərkəzi prefektliyi) dünyanın ən böyük üzən günəş elektrik stansiyası istismara verilirb. Bu barədə məlumatı layihəni işləyib hazırlamış «Kesera» şirkəti yayıb (TASS). Stansiya Sakasamaike gölünün səthində yerləşir. Burada 9 min günəş paneli, hər birinin ölçüləri 1,0 x 1,7 metr olmaqla, birlikdə 2,3 meqavat (MVt) enerji istehsal (generasiya) etmək gücünə malikdir. Bu da 820 evi elektrik enerjisi ilə təmin etmək üçüq tamamilə kifayət edir. Cari ilin martında şirkət Hyerqo prefektliyində daha iki üzən günəş stansiyasını istifadəyə verib. Onların birgə gücü 2,9 MVt təşkil edir.

Günəş panellərinin bu cür yerləşməsi istismar xərclərinin aşağı salınmasından şərtlənir. Məsələ burasındadır ki, konkret halda su, panellərin təbii yolla soyumasını təmin edir ki, bu da onları həddindən artıq qızmaqdan qoruyur və daha məhsuldar işləməsini təmin edir.

«Kesera» şirkəti günəş panelləri istehsal edən əsas şirkətlərdən biridir. 2013-cü ilin sonunda şirkət ölkədə 78,0 MVt enerji istehsal edən ən iri günəş elektrik stansiyası açıb. Bu da gücünə görə, bir sıra xırda istilik elektrik stansiyaları ilə müqayisəyə gəlir.

«Fukusima-1» atom elektrik stansiyasında baş vermiş qəzadan sonra (mart, 2011-ci il) siyasətçilərin bir çoxu ölkədə alternativ enerji mənbələrinin inkişaf etdirilməsi tələbi ilə çıxış edirlər. Bununla əlaqədar olaraq, Yaponiyada təzələnən (bərpa olunan) təbii resurslar (külək enerjisi, günəş enerjisi, dəniz dalğalarının enerjisi) hesabına işləyən stansiyaların sayı durmadan artır.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar