Azərbaycanlı mühəndisdən yeni ixtira - Pnevmatik mühərrik

İxtisasca mühandis olan Şaiq Mustafayev dünyanı enerji asılılığından qurtaracaq yeni bir ixtiraya imza atdığını iddia edir. O, "AzPolitika.info"ya göndərdiyi məktubda bildirir ki, onun ixtira etdiyi pnevmatik mühərrik dünyanı enerji problemindən qurtaracaq. Ş.Mustafayevin saytımıza göndərdiyi məktubda deyilir:

"Pnevmatik mühərrik, heç bir məlum yanacaq növündən istifadə etmədən avtonom olaraq, yalnız fərqli təzyiqə malik hava sistemi ilə işləyir. İxtira Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydiyyatdan keçirilib.

Məlumdur ki, bütün dünya alimləri alternativ enerji axtarışındadır və bu məsələnin həlli üçün milyardlar xərcləyirlər. Mənə görə pnevmatik mühərrik strateji məhsuldur, ona dövlətimizin sahib çıxmasına ehtiyac var.

Cənab Prezidentdən xahiş edirəm ixtiranın Beynəlxalq Patent Sisteminə qoşulmasına, mühərrikin zavod şəraitində düzəldilməsinə köməklik göstərilməsi üçün göstəriş versin".

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar