Faiz endirimi banklara 226 milyon manatlıq mənbə yaradıb

Mərkəzi Bankın müəyyən etdiyi məcburi ehtiyat normasını 2%-dən 0.5%-ə endirməsi 226 milyon manatın bankların dövriyyəsində qalmasına kömək edib. “Marja” xəbər verir ki, bu barədə Mərkəzi Bankın Yanvar-Mart ayları üzrə Pul Siyasəti İcmalında bildirilir

“Hesabat ilində pul kütləsinin artım templərinin və bank sistemində likvidlik səviyyəsinin tənzimlənməsi məqsədilə açıq bazar əməliyyatlarından və məcburi ehtiyat normalarından da istifadə olunmuşdur. I rübdə pul kütləsinin dəyişimindəki son meyllər nəzərə alınaraq, habelə faiz dərəcələrinin enməsinə şərait yaratmaqla iqtisadi artıma dəstək vermək məqsədilə Mərkəzi Bankın müəyyən etdiyi məcburi ehtiyat norması 2%-dən 0.5%-ə endirilmişdir. Bununla bankların Mərkəzi Bankda məcburi ehtiyat kimi saxlamalı olduqları vəsaitin həcmi 226 mln.manat azalmışdır”.

İcmalda qeyd olunur ki, inflyasiya səviyyəsini, iqtisadi artıma təsir edən məcmu tələb amillərini, pul kütləsinin artım templərini nəzərə alaraq hesabat dövründə Mərkəzi Bank faiz dəhlizinin parametrlərinə dəyişiklik etməmişdir. Mərkəzi Bankın uçot dərəcəsi 3.5%, dəhlizin yuxarı həddi 7%-dən 5%-ə, aşağı həddi isə 0.1% təşkil edir.

“Dövr ərzində bank sistemi ilə likvidliyin verilməsi və absorbsiyası əməliyyatları bu parametrlər çərçivəsində aparılmışdır”,- İcmalda qeyd olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar