Ermənilər Qubadlıda evlər, Kəlbəcərdə xəstəxana tikirlər - VİDEO

Dağlıq Qarabağı qanunsuz işğal altında saxlayan Ermənistan rəhbərliyi Qarabağətrafı rayonlarda da infrastruktur layihələri həyata keçirir. Ermənistan BMT Təhülkəsizlik Şurasının qətnamələrinin ziddinə olaraq Kəlbəcər rayonu ərazisində xəstəxana, Qubadlının Həkəri çayı sahilində yerləşən Xanlıq kəndində isə fərdi yaşayış evləri tikir.

Xanlıq kəndindəki yaşayış evləri “Tufenkyan fondu”, Kəlbəcərdəki ikimərtəbəli xəstəxana isə Ermənistanın “K-Telecom” mobil operator şirkətinin əslən Livan ermənisi olan baş direktoru Ralf Yirikyan tərəfindən maliyyələşdirilir.

Modern.az saytı Qarabağda fəaliyyət göstərən “Artsax TV” telekanalının öncə Xanlıq kəndindəki, daha sonra isə Kəlbəcər rayonu ərazisindəki xəstəxananın tikintisi ilə bağlı hazırladığı videoreportajlı təqdim edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar