Moldova prezidenti ilk dəfə Qaquza gedir

Moldova KİV-nin yaydığı məlumata görə, ölkə prezidenti Nikolay Timofti ilk dəfə olaraq mayın 29-da Qaqauza səfər edəcək. Məlumatı ölkə bahçısının aparat katibi İon Peduraru təsdiq edib.

«Rublika.md» saytı xəbər verir ki, Timofti Çişmikioy kəndində tikintisi nəzərdə tutulan uşaq bağçasının təməlqoyma mərasimində iştirak edəcək və Qaqauz başqanı İrina Vlax ilə görüşəcək.

Bundan əvvəl Qaqauz hakimiyyəti dəfələrlə ölkə başçısını bölgəyə dəvət etsə də, indiyə qədər imtina ilə üzləşirdi.

Xəbər verildiyi kimi, mart ayında Qaqauzda keçirilmiş seçkilərdə Moldova sosialistlər partiyası tərfəindən dəstəklənən müstəqil namizəd İrina Vlax53,0 faiz səs toplayaraq, qalib gəlib. Özünün seçkiqabağı proqramında siyasətçi muxtariyyətin inkişafının «avrasiya vektoru»na üstünlük verib.

AzPolitika.info

.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar