Taleh Xasməmmədovun məhkəməsi yarıqapalı keçirilir

Mayın 26-da Göyçay Rayon Məhkəməsində hakim Elxan Babayevin sədrliyi ilə hüquq müdafiəçisi Taleh Xasməmmədovun cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib.

Bu barədə musavat.coma onun yaxınları məlumat verdilər: “Məhkəmə yarıqapalı keçirilir. Talehin və vəkilinin verdiyi vəsatətlər təmin olunmur. Yalançı şahidləri məhkəməyə cəlb ediblər, onlar da öyrədilmiş qaydada şablon ifadələr verirlər. Hadisənin necə baş verməsini, yəni Talehin necə şərlənməsini görən və məhkəmədə ifadə vermək istəyən adamların şahid kimi dindirilməsinə imkan verilmir. Talehin heç bir günahı olmadığı əslində məhkəmədə də sübut olunur”.

Ailə üzvlərinin dediyinə görə, məhkəmə zamanı Taleh Xasməmmədovun işinin ibtidai istintaq zamanı saxtalaşdırıldığı da üzə çıxıb: “Növbəti məhkəmə prosesi iyunun 2-ə təyin edilib. Qarşıdan Avropa Oyunları gəlir. Biz qətiyyən istəmirik ki, belə bir ərəfədə ölkədə hüquq müdafiəçisinin şərlənərək həbs olunmasını bütün dünya bilsin. Cənab prezidentdən xahiş edirik ki, bu işə ədalətli baxılması üçün müvafiq orqanlara göstəriş versin. Taleh bir neçə il öncə də şərlənərək həbs edilmişdi, vicdan məhbusu elan olunmuşdu, cənab prezident onu əfv etdi. 2015-ci ilin fevralında isə Talehi yerli icra strukturlarının fəaliyyətini tənqid etdiyi üçün rayonda şərləyib həbs etdilər. Onun üzünə duran adamın adı indiyədək bir neçə cinayət işində keçir. Cənab prezident bir neçə gün öncə elan etdi ki, Azərbaycanda hüquqi dövlət qurulur. Ümid edirik ki, hakim Elxan Babayev də prezidentin siyasi kursuna sadiq qalaraq ədalətli qərar çıxaracaq”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar