Moldova XİN Azərbaycandakı səfirinin geri çağırılmasını şərh edib

Moldovanın Xarici İşlər Nazirliyi (XİN) 10 ölkədən, o cümlədən Azərbaycandakı səfir İqor Bodiunun geri çağırılması barədə məlumatı şərh edib.

Moldova XİN-dən Trend-ə verilən məlumata əsasən, ölkənin diplomatik xidmət haqqında qanuna müvafiq olaraq diplomatlar mandatlarının etibarlılıq müddəti başa çatdığına görə geri çağırılıb.

Qeyd edək ki, Moldova hökumətinin iclasında xarici işlər naziri Natali Germanın təklifi əsasında 10 səfir geri çağırılıb.

İ.Bodiu bu vəzifəyə 2010-cu ilin avqustunda təyin edilmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar