ABŞ səfiri Təzəpir məscidində

Robert Sekuta məscidi gözəl və zəngin tarixə malik olan bina kimi dəyərləndirib

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Bakıda Təzəpir məscidini ziyarət edib.

Bu barədə ABŞ Səfirliyinin Twitter səhifəsində yazılıb.

Bildirilir ki, səfir R.Sekuta Təzəpir məscidini gözəl və zəngin tarixə malik olan bina kimi dəyərləndirib.

O deyib: "Azərbaycanda bu gün dünyada əhəmiyyətli və qiymətli nümunə kimi tanınan dini tolerantlığın qədim və şərəfli ənənəsi var."

Xatırladaq ki, Təzəpir məscidi Bakının ən böyük məscidlərindən biri, habelə paytaxtın görkəmini müəyyən edən əhəmiyyətli memarlıq abidəsidir. Məscid 1905-ci ildə məşhur Aşurbəyovlar ailəsinin nümayəndələrindən biri olan mömin Nabat xanım Aşurbəyovanın vəsaiti ilə Zivərbəy Əhmədbəyov tərəfindən tikilib. Məscidin ərazisində Qafqaz Müsəlmanları İdarəsinin binası yerləşir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar