İrəvanda Prezident Administrasiyası qarşısında aksiya

irevan1418823323Övladlarını qeyri-döyüş şəraitində itirmiş əsgər anaları İrəvanda Prezident Administrasiyası qarşısında növbəti aksiya keçiriblər.

APA-nın Ermənistanın "epress.am" saytına istinadən verdiyi xəbərə görə, onlar ölkə prezidenti ilə görüşmək istədiklərini bəyan ediblər.

Əsgər anaları bəyan ediblər ki, məmurlar problemlərə laqeyd yanaşır, onları dinləmək istəmirlər.

Nana Muradyan oğlu Valerinin qətlindən danışarkən qeyd edib ki, həyat yoldaşı erməni əsgərlərinin Dağlıq Qarabağda xidmət etməsinin doğru olmaması ilə bağlı müxtəlif instansiyalara şikayət edib.

"Ombudsman isə parlamentdə yalan danışaraq bəyan edib ki, indiyədək bu mövzuda şikayət məktubu almayıb", - deyə o bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar