Berdiməhəmmədov Azərbaycanla münasibətlərin səviyyəsindən razıdır

Türkmənistanın prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan prezidenti İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib.

Dövlət başçısının təbrik məktubunda deyilir:

“Milli bayramınız – Respublika Günü münasibətilə Sizi və Sizin şəxsinizdə dost Azərbaycanın bütün xalqını səmimi qəlbdən təbrik edirəm.

Ölkələrimiz arasında mövcud qarşılıqlı münasibətlərin səviyyəsi Türkmənistanda yüksək qiymətləndirilir. Qəti əminəm ki, bu münasibətlər Türkmənistan və Azərbaycan xalqlarının rifahı naminə gələcəkdə də yüksələn xətt üzrə inkişaf edəcək və möhkəmlənəcək.

Bu xoş fürsətdən istifadə edib, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və əmin-amanlıq, dost Azərbaycan xalqına sülh, tərəqqi və çiçəklənmə arzu edirəm”. /AZƏRTAC

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar