"Cahangir Hacıyev işi" üzrə 20-30 nəfər həbsə alınıb - Vəkil

Azərbaycan Beynəlxalq Bankına kreditlərin ödənilməməsi haqqında iş üzrə 20-30 nəfər həbs edilib. Onların hamısına 178.3-cü (fırıldaqçılıq, böyük ölçüdə ziyan vurduqda) maddə ilə ittiham irəli sürülüb. Bu barədə Turan agentliyinə və “Amerikanın Səsi” radiosuna müsahibəsində iki məhbusun – "AzMeco" şirkətinin rəhbəri Nizami Piriyevin və Beynəlxalq Bankın Dubaydakı nümayəndəsi Adil Hüseynovun maraqlarını müdafiə edən vəkil Kamandar Nəsibov bildirib.

Həbs olunanlara qarşı işgəncə haqqında suala cavabda vəkil bildirib ki, bu gün Nizami Piriyevlə görüşüb və o, şikayət etməyib.

Eyni zamanda, Piriyev irəli sürülmüş ittihamları təkzib edir. “Onun kredit ödənişinin müddəti bitməyib. İstənilən halda, bu, cinayət işi deyil, mülki işdir. Təcrübəmdə ilk dəfə bütün borcluların fırıldaqçılıqda ittiham edildiyini görürəm. Vəsaitlərin qaytarılmasında gecikmə olsa belə, buna görə cərimə və ya başqa bir formada irad ola bilər. Bundan sonra borclu məhkəməyə verilə bilər.

Bundan başqa, kreditor həmişə girovla borc verir, həmin girov müsadirə edilə bilər, hərraca çıxarıla bilər və s.”, deyə vəkil bildirib.

Hazırda müdafiə tərəfi Piriyevin əməllərində cinayət tərkibi olmadığında israr edir. O, heç kimi aldatmayıb və heç kimin etibarından sui-istifadə etməyib. Fırıldaqçılıq faktı olmayıb.

Digər məhbus Adil Hüseynovun işi haqqında suala cavabda vəkil qeyd edib ki, onun ümumiyyətlə işlə heç bir əlaqəsi yoxdur.

Beynəlxalq Bank Dubayda bəzi infrastruktur layihələrini maliyyələşdirib və Hüseynova köçürülən vəsaitin təyinatı üzrə istifadəsinə nəzarət etmək tapşırılıb. O, belə də edib. O, özü pul almayıb, xərcləməyib, yalnız xərclərin dəqiqliyinə nəzarət edib, deyə vəkil bildirib.

Dubaydakı obyektlərdən biri üç ildir fəaliyyət göstərən tekstil fabrikidir. Onun açılışında Dubay rəhbəri və Azərbaycan Beynəlxalq Bankının rəhbəri iştirak edib. Bu müəssisənin saytına daxil olduqda bunun müasir və uğurlu müəssisə olduğunu görmək olar.

Bu yaxınlarda açılmış və armatur istehsal edən metallurgiya zavodu da buna bənzər uğurlu tədbirdir. Lakin üç ay əvvəl Beynəlxalq Bankın yeni rəhbərliyinin göstərişi ilə müəssisənin fəaliyyəti dayandırılıb, işçiləri isə işdən azad edilib. Hazırda müəssisə işsiz qalıb və ziyana uğrayır. İlkin olaraq onun dəyəri 150 mln. dollar qiymətləndirilirdi, indi isə o, dəyərinin böyük hissəsini itirib. Bu zavod Azərbaycan Beynəlxalq Bankının vəsaiti ilə yerli firma və şirkətlərin iştirakı ilə tikilib.

Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin istintaqa cəlb edilib-edilmədiyi haqqında suala cavabda vəkil bu barədə məlumatı olmadığını bildirib. Ümumiyyətlə, onun müştəriləri barəsində istintaq hərəkətləri, o cümlədən üzləşdirmə həyata keçirilməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar