DEPUTAT OĞLUNUN QAÇMASINDAN DANIŞDI - "Cahangir Hacıyevlə şərikdi..."-Yenilənib

Milli Məclisin deputatı Fərhad Qəribov oğlu Elnur Qəribovun hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılmasına münasibət bildirib. Lent.az-a açıqlama verən millət vəkili bildirib ki, oğlunun Beynəlxalq Banka heç bir kredit borcu yoxdur: “7 il əvvəl oğlum Cahangir Hacıyevlə şərik iş qurmuşdu. Lakin bu iş alınmadı. Oğlumun ona heç bir borcu da olmayıb”.

F.Qəribov əlavə edib ki, Elnur Qəribovun saxlanması xəbəri həqiqəti əks etdirmir: “Bunlar hamısı yalan söhbətlərdir, ola bilər çağırıb nə isə soruşublar, amma buna don geyindirmək, bəzəyib ictimaiyyətə çatdırmaq doğru deyil. Oğlum hal-hazırda evdədir, yatır”.

---------

Milli Məclisin deputatı, iş adamı Fərhad Qəribovun oğlu Elnur Qəribov ötən gün hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.Bu barədə “Qafqazinfo”ya ailəyə yaxın şəxslər tərəfindən məlumat verilib.

Deputat oğlunun hansı səbəbdən saxlanılması hələ ki, bəlli deyil.Qeyd edək ki, Elnur Qəribovun özü də iş adamı kimi fəaliyyət göstərir. Onun adına bir sıra banklarda kreditlər olub.

E.Qəribovun banklardan böyük miqdarda kredit götürdüyü təsdiqlənsə də dünən hansı səbəbdən saxlanılması, xüsusilə də məlum "Beynəlxalq Bank işi" çərçivəsində dindirilib-dindirilməməsi ilə bağlı dəqiq məlumat yoxdur.

Onu da qeyd edək ki, deputat oğlunun dindiriləndən sonra sərbəst buraxıldığı deyilir.

Həmçinin bildirək ki, deputatın digər oğlu Zöhrab Qəribovun da axtarışa verilməsi barədə məlumat yayılıb.

Xatırladaq ki, mətbuatda zaman-zaman deputat Fərhad Qəribovun külli miqdarda borcu olması və götürdüyü kreditləri qaytarmaması barədə informasiyalar yazılıb. Onun “Şəki” restoranlar şəbəkəsinin, lisenziyası ləğv olunmuş "Debüt Bank"ın rəhbəri olduğu bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar