AZAL-ın təyyarəsi zədələnib

Berlin aeroportunda mayın 27-də yerli vaxtla saat 09:30-da hava limanının yerüstü xidmətləri tərəfindən xidməti texnikanın yerinin dəyişdirilməsi zamanı Berlin-Bakı marşrutu üzrə AHY-064 reysini həyata keçirən "A-319" təyyarəsinin qanadının ucu zədələnib.

Bu barədə "Azərbaycan Hava Yoları" QSC-nin (AZAL) yaydığı məlumatda deyilir.

Məlumata əsasən, bu reysin sərnişinləri Berlindən Bakıya İstanbul vasitəsilə yola salınır.

Zədələnmənin səbəbi AZAL-ın ekipajı cəlb edilməklə Berlin aeroportununun yerüstü xidmətləri tərəfindən araşdırılır. Təyyarənin bərpası və geri qaytarılması üzrə tədbirlər görülür.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar