Azərbaycanlı milyarder Rusiya klubuna hər il milyonlarla pul qoyur

vaqif-alakbarov-lukoylAzərbaycanlı milyarder Vahid Ələkbərova məxsus “Lukoyl” şirkəti Rusiyanın “Spartak” klubuna hər il 6 milyon dollar ödəyir.Lakin klubun saxlanılması üçün vəsaitin əsas hissəsini ayrı-ayrı şəxslər ayırır.

Azvision.az xəbər verir ki, bu barədə “İnterfax” agentliyinə “Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərov bildirib.

“İldə 60 milyon dollar olan digər xərcləri ayrı-ayrı şəxslər ödəyir: Mən və Fedun" ( “Lukoyl”-ın vitse-prezidenti Leonid Fedun-red.), - deyə Ələkbərov vurğulayıb.

Azərbaycanlı oliqarx, həmçinin qeyd edib ki, Fedun “onunla yaşayır”, lakin o özü azarkeş deyil. “Lukoyl” rəhbəri ümid edir ki, “Spartak” növbəti mövsüm çempion olacaq.

Qeyd edək ki, ötən həftə “Spartak” klubunun sahibi və Direktorlar Şurasının sədri Leonid Fedun klubun birbaşa idarə olunması işlərindən gedəcəyini açıqlamışdı. Biznesmen, həmçinin klubun maliyyələşdirilməsinin davam etdiriləcəyini də vurğulamışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar