Hacı İbrahim azadlığa buraxıldı: Əmlakı əlindən alınıb? - AÇIQLAMA

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan “Avesta” konserninin prezidenti, iş adamı Hacı İbrahim İbrahimov (Nehrəmli) bu gün sərbəst buraxılıb.

Bu barədə iş adamı özü “APA-Economics”ə bildirib.

“Bildiyiniz kimi, mənim Azərbaycan Beynəlxalq Bankından götürdüyüm kreditin vaxtı 2019-cu ildə başa çatır. Vaxtı keçmiş kreditimi bağladım, qalan hissəsini isə qrafikə uyğun ödəyəcəm”, - deyə o qeyd edib.

Konsernin prezidenti qeyd edib ki, onun ölkədən qaçarkən saxlanılması ilə bağlı mətbuatda yayılan xəbərlər həqiqəti əks etdirmir. Bir müddət öncə ölkəni tərk etməsinə qoyulan qadağanın aradan götürülüb-götürülməməsi ilə bağlı suala isə iş adamı bu cür cavab verib: “Hər şey normaldır, qaydasındadır”.

O qeyd edib ki, “Avesta” konserninin ləğv olunması və ya satılması ilə bağlı yayılan xəbərlər də yalandır.

Qeyd edək ki, mayın 12-də saxlanılan Hacı İbrahim “Bandotdel”in zirzəmisində saxlanılıb. Oliqarx özü 78 milyon manat kredit borcunun olduğunu və mayın 19-dək bütün borclarını ödəmək öhdəliyi götürdüyünü bildirib.

Bəzi məlumatlara görə isə, Hacı İbrahim Beynəlxalq Bankdan mifik “Xəzər adaları” layhəsini reallaşdırmaq adı ilə 850 milyon dollar götürüb. Ümumilikdə Hacının kredit borclarının məbləği 1 milyard dollara yaxındır. Yəni Hacı İbrahim utopik layihəsinə “öz pullarını” yox, banklardan aldığı kreditləri xərcləyib. Özü də Beynəlxalq Banka ödəyəcəyi kreditlə yanaşı, başqa kreditlərinin olduğunu da etiraf edib.

Hansı ki, mifik bir layihə adı ilə alıb xərcləyib. Həm də təkcə bu layihəyə yox. Şəxsi təyyarəyə, katibəsi üçün yüz min dollarlıq “cip”ə, minlərlə dollarlıq ətirlərə, özünə 14 min dollara ayaqqabı almağa, model gözəllərə və s. bu kimi dəbdəbələrə...

Hacı İbrahimin borcunu ödəmək üçün bütün əmlakını, "Avesta" şirkətini satışa çıxardığı haqda da məlumat verilib. Mümkündür ki, Hacı İbrahim bütün dəyərli əmlakını Beynəlxalq Banka dövr edək azadlığa çıxa bilib. O da məlumdur ki, “Xəzər adaları”nda tikdiyi yarımçıq binalara Beynəlxalq Bank "əl qoyub".

Qeyd edək ki, "Azpolitika.info"-ya daxil olan məlumata görə, Hacı İbrahimin Diaspora Komitəsinə rəhbərlik edən qardaşı Nazim İbrahimovun da kreditlə bağlı ciddi problemləri yaranıb. Bu haqda əlavə məlumat verəcəyik.

Vaqif

Azpolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar