“Azadlıq-2015” seçki bloku prezidentə təklif ünvanlayıb

27 may 2015-ci il tarixdə “Azadlıq-2015” seçki blokunun Sədrlər Şurasının iclası olub. İclasda KXCP, Azadlıq, BAP, VİP, ALDP, Aydınlar Partiyası və AXP sədrləri iştirak ediblər.

Toplantıda son hadisələrlə bağlı ölkədə yaranmış ictimai- siyasi vəziyyət müzakirə edilib və qərarlar qəbul edilib.

Qərara alınıb ki, Prezident İlham Əliyevə təklif edilsin ki, aşkara çıxmış korrupsiya faktlarının obyektiv araşdırılmasına imkan yaratmaq və vahiməyə düşmüş məmur təbəqəsinin dövlət üçün təhdid yarada biləcək təxribatlarının neytrallaşdırılması üçün A.Rasizadə başda olmaqla, Nazirlər Kabinetini və Mərkəzi Bankın sədrini istefaya göndərsin və Nazirlər Kabinetini yenidən formalaşdırsın.

“Azadlıq–2015” Nazirlər Kabinetinin təşkilinin prezidentin müstəsna səlahiyyəti olduğunu qəbul edərək, hadisələrdə məsuliyyəti olan şəxslərin, oliqarx- məmurların yeni kabinetin tərkibinə daxil edilməsinin məqsədəuyğun olmadığı rəyini ifadə edir.

Bundan əlavə, toplantıda parlament seçkilərinin iki ay tezləşdirilməsi məsələsinə baxılması, Milli Məclisin tətilinin ləğv edilməsi təklif edilib.

“Azadlıq-2015” ölkə vətəndaşlarına müraciət edərək, ölkənin taleyi üçün çox məsuliyyətli bir məqamda səfərbər olmağa, o cümlədən, I yay Avropa Oyunlarının tam təhlükəsiz və uğurlu başa çatması üçün hər kəsi əlindən gələni əsirgəməməyə çağırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar