“Transparency İnternational” FİFA prezidentini istefaya çağırdı

“Transparency İnternational” beynəlxalq təşkilatı FİFA prezidenti Zepp Blatteri istefaya çağırıb. Musavat.com-un xarici KİV-yə istinadən verdiyi xəbərə görə, qurum bu çağırışı təşkilatda korrupsiya qalmaqalı ilə əlaqələndirib.

“Transparency İnternational” qalmaqala görə günahı FİFA rəhbərinin üzərinə qoyub. Təşkilat rəsmisinin sözlərinə görə, FİFA korrupsiya ilə mübarizə ilə bağlı “Transparency İnternational”in bütün tövsiyələrini qulaqardı edib.

“Odur ki, 20 ildir prezidenti postunu tutan Blatter öz postundan getməlidir. Cümə gününə təyin edilən yeni prezident seçkisi isə başqa vaxta keçirilməlidir” – press-relizdə belə deyilir.

Az öncə xəbər verilmişdi ki, İsveçrənin federal polisi Sürixdə FİFA-nın 6 məmurunu həbs edib. ABŞ-ın ekstradisiyasını tələb elədiyi bu şəxslər elektron köçürmələr vasitəsi ilə çirkli pulların yuyulmasında, dələduzluq və rüşvət almaqda suçlanırlar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar