Makedoniya «Türk axını»na qoşulmağa tələsmir

Makedoniya «Türk axını»na qoşulmaq üçün şərtlərini açıqlayıb. Bu Balkan ölkəsinin hökumət başçısı Nikola Qruyevski bəyan edib ki, onun ölkəsi sözügedən qaz kəmərinə yalnız o halda qoşula bilər ki, Avropa İttifaqı ilə Rusiya razılığa gəlsinlər (Rosbalt).

Baş nazirin sözlərinə görə, Makedoniya öz qərarlarını Şimali Atlantika oriyentasiyası bazasında qəbul edir («Novinite»).

Qruyevski qeyd edib ki, Makedoniya hələlik özünün qaz infrastrukturunun inkişaf etdirilməsinə o qədər də ehtiyac duymur. Hələlik burada mövcud güclərin yalnız yarısından istifadə olunur.

Bununla belə, məmur deyib ki, uzunmüddətli perspektivdə özünün enerji təhlükəsizliyini təmin etmək üçün Makedoniyaya yeni qaz mənbələri lazım olacaq. Bundan başqa, ölkə təbii qazla işləyən bir neçə elektrik stansiyası tikmək fikrindədir.

Moskva isə hesab edir ki, Makedoniyada vəziyyətin gərginləşməsi bu ölkənin rəhbərliyinin Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan imtina etməsi və «Türk axını» qaz kəmərinin tikintisi ideyasını dəstəkləməsi ilə əlaqəlidir. Bu barədə may ayında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Bundan əvvəl Rusiya «Cənub axını» qaz kəmərindən imtina etdiyini və əvəzində «kəmər»i Türkiyədən çəkmək qərarına gəldiyini bildirmişdi.

Xatırladaq ki, hal-hazırda Makedoniyanı müxalifətin kütləvi aksiyaları bürüyüb. Aksiyaçılar hökumətin istefasını tələb edirlər.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar