“Bank Technique”də yoxlamaların məqsədi məlum oldu

Bank sədri və filial rəhbərinin ifadələrini alaraq sərbəst buraxıblar

İri oliqarxların həbsi ilə bağlı başlanmış “Beynəlxalq Bank işi”nin istintaqının “Bank Technique”ya çatması haqda məlumat dərc etmişdik. Əldə etdiyimiz məlumata görə artıq bankda yoxlamalar sona çatıb.

Bankın sədri Rövşən İsmayılov ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. Qaynağımız bildirib ki, bankdan götürülən sənədlər də yoxlanıldıqdan sonra geri qaytarılıb. Yada salaq ki, “Bank Technique” sədri Rövşən İsmayılov ötən həftəsonu saxlanılmışdı. R.İsmayılovun “Beynəlxalq Bank işi”nin istintaqını aparan DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışdılar. Bankın baş ofisi ilə yanaşı “Xəzər” filialında da yoxlamalar həyata keçirilmişdi.

“Bank Technique” bəzi əməkdaşlarının həbsi barədə xəbərlərlə bağlı açıqlama yayıb. Filialın rəhbəri Fərid Məmmədov da (Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədovun qardaşı) BMCMİ-yə aparılmışdı. Sonradan F.Məmmədovu da sərbəst buraxıblar. Filialdan götürülən sənədlər də geri qaytarılıb. Belə məlumatlar var ki, “Bank Technique”də yoxlamalar əməliyyat məlumatlarının yoxlanılması məqsədi daşıyıb və bank üzərindən həbsdə olan olqarxların həyata keçirdikləri maliyyə əməliyyatlarının yoxlanılmasına xidmət edib. Bank vəzifəlilərinin şahid qismində isfadəsi alındıqdan sonra onları sərbəst buraxıblar.

Xəbərlərə görə, iqtidar Avropa Oyunlarının yaxınlaşması ilə əlaqədar “oliqarxqeyt işi” ilə bağlı xəbərləri qismən ikinci plana keçirməkdə maraqlıdır. Amma tapşırığa görə, istintaq işini hərtərəfli davam etdirəcək. İndi əsas diqqət ölkədən qaçdığı deyilən iş adamlarının (onların sırasında Dünyamin Xəlilovdan, Hafiz Məmmədovdan başqaları da var) həbsinə nail olmaqdır. Məlumata görə, banklara borclu olub ölkədən qaçanların siyahısı kifayət qədər genişdir və hələ bu işdə çoxadamlar azadlıqlarını itirəcəklər...

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar