UEFA FIFA-nı boykot edəcək

Avropa Futbol Assosiasiyalarının İttifaqı (UEFA) Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) seçki konqresini boykot edə bilər. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, məsələ ilə bağlı müzakirələr mayın 28-ə təyin olunub.

Bundan əvvəl UEFA korrupsiya qalmaqalı fonunda FİFA-da prezident seçkilərini təxirə salmağa çağırmışdı.

Xatırladaq ki, FIFA prezidenti vəzifəsinə seçkilər mayın 29-da İsveçrənin Sürix şəhərində, təşkilatın konqresi çərçivəsində keçiriləcək. Seçkilərdə təşkilatın indiki rəhbəri Yozef Blatter və İordaniya şahzadəsi Əli bin əl-Hüseyn mübarizə aparacaqlar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar