Növbəti aviazərbələrdə 80 nəfər öldü

Yəmənin paytaxtı Sənada husi üsyançılarına qarşı bombardıman davam edir

Yəmənin paytaxtı Sənada hökumətə qarşı çıxan husi üsyançıları son iki ayda ən güclü aviazərbələrə məruz qalıblar. Aviazərbələr nəticəsində azı 80 nəfər ölüb, onlarla insan yaralanıb. Səudiyyə Ərəbistanı qırıcıları paytaxtla yanaşı Hudeydə və Bakil əl-Mir şəhərlərində də əməliyyatlar keçirib, silahlıların mövqelərini bombalayıblar. Hudeydə şəhərində husilərin hərbi limanı dağıdılıb. Həmin ərazidə husilərə dəstək olan İran qüvvələrinin də olduğu iddia edilir.

Beynəlxalq humanitar qurumlar Yəməndə 8.6 milyon insanın təcili tibbi yardıma ehtiyac duyduğunu bildirib. Oksfam təşkilatı Yəmənin humanitar fəlakətin bir addımlığında olduğunu deyib.

Yəməndəki müşanqişələrlə əlaqədar bir qədər əvvəl bu günə İsveçrənin Cenevrə şəhərində sülh danışıqları planlaşdırılsa da, danışıqlar təxirə salınıb. Buna səbəb kimi isə, husilərin silahı tərk edəcəklərinə dair razılığa gəlməməsi olub.

Birləşmiş Millətlər Təşkilatının baş katibi Ban Ki Mun tərəfləri sülhə dəvət edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar