“Öz maliyyə resurslarımızdan daha da qənaətlə istifadə edəcəyik” - İlham Əliyev

“Neftin qiymətinin aşağı düşməsi də bizə o qədər də böyük problem yaratmadı. Hər halda, bütün sosial proqramlar, nəzərdə tutulmuş bütün infrastruktur layihələri icra edilir”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbulda çıxışı zaman deyib.

“Əlbəttə ki, biz öz xərclərimizə yenidən baxmalı olduq. Ancaq hesab edirəm ki, burada müsbət məqamlar da çoxdur. Biz gələcəkdə öz maliyyə resurslarımızdan daha da qənaətlə istifadə edəcəyik, ölkəmizin və real sektorun inkişafı üçün daha çox diqqət göstərəcəyik, əsas vəsaiti bu istiqamətə yönəldəcəyik. Təbii ki, sosial proqramlar və sosial məsələlər, o cümlədən sosial infrastrukturun yaradılması da diqqət mərkəzində olacaqdır”,- Azərbaycan Prezidenti deyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar