28 may ABŞ paytaxtında rəsmi Azərbaycan Milli Günü elan olundu

Vaşinqton şəhərinin meri Müryel Bouzer bu istiqamətdə Bəyanat imzalayıb

Vaşinqton şəhərinin meri Müryel Bouzer 2015-ci ilin 28 may tarixinin ABŞ paytaxtında rəsmi olaraq Azərbaycan Milli Günü elan edilməsi barədə Bəyanat imzalayıb.

Bəyanatda bildirilir ki, 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti ilk dünyəvi müsəlman Demokratik Respublikası olub və bütün vətəndaşlarına bərabər hüquqlar, o cümlədən qadınlara seçkilərdə iştirak etmək hüququ verib.

Sənəddə, həmçinin Azərbaycanın ABŞ-ın önəmli strateji tərəfdaşı olduğu vurğulanır. Bildirilir ki, sayı 40 milyondan artıq olan dünya Azərbaycanlıları 97 ildir ki, 28 may tarixini milli bayram kimi qeyd edirlər.

ABŞ paytaxtında 28 may tarixinin Azərbaycan Milli Günü elan edilməsi artıq bir ənənəyə çevrilib. Hazırda ABŞ-ın digər ştatlarında və ayrı-ayrı şəhərlərində də 28 may Azərbaycan Milli Günü elan edilir.

Qeyd edək ki, keçən ilin sonunda Vaşinqtonun meri seçilmiş M.Bouzer şəhər tarixində bu vəzifəyə seçilmiş ikinci qadındır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar