İNGİLTƏRƏ MEDİASI "HAFKA"nın QAÇMASINDAN YAZDI - "60 milyon alıb..."

hafiz memmedov hafka azpolitika info

“Komandamızın anası namaz üstdə olub”

İngiltərədə çıxan “The Star” qəzeti "Hafka" ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədovun Azərbaycandan qaçması barədə xəbərlərdən yazıb. Xatırladaq ki, bu barədə məlumatı ilk dəfə "AzPolitika.info" verib (bax:“HAFKA” BARƏSİNDƏ HƏBS-QƏTİMKAN TƏDBİRİ SEÇİLDİ! – Oliqarx, ötən şənbə Azərbaycandan qaçıb!" başlıqlı yazıya), onun həbsdən bu yolla yaxa qurtardığını bildirib.

“The Star” qəzeti bu barədə yazıb ki, o hazırda Londondadır, amma Azərbaycandan qaçaq düşməsini inkar edir."Azadlıq" radiosunun məlumatına görə, İngiltərənin Şeffild şəhərində çıxan “The Star” qəzeti “Sheffield Wednesday klubunun keçmiş potensial sahibi” Hafiz Məmmədov barədə yazır ki, o, Azərbaycandan qaçdığı barədə xəbərləri təkzib edib.

Şeffild şəhəri Azərbaycan oliqarxı ilə ona görə maraqlanır ki, o, bu şəhərin futbol klubunu almaq fikrinə düşmüşdü.

Qəzet yazır ki, Hafiz Məmmədov şərti adı “Bayquşlar” olan klubu bir il əvvəl Milan Mandaric-dən 40 milyon funt sterlinqə almağı planlaşdırırdı. Məqalədə deyilir ki, Mandaric bu sövdələşməyə ötən sentyabrda Məmmədovdan gözlənilən pulu almayanda son qoyub.

Qəzet yazır ki, Azərbaycandan gələn xəbərlərdə Məmmədovun aldığı krediti qaytara bilmədiyi üçün onun həbsi barədə sanksiya verildiyi deyilir.

“The Star” qəzeti sövdələşmənin baş tutmamasını maraqlı bir ingilis deyimi ilə ifadə edib ki, bunu Azərbaycan dilinə yalnız “komandanın anası namaz üstdə olub” kimi tərcümə etmək olar. Hərçənd şeffildlilər müsəlman deyillər.

“Məmmədovun Azərbaycan Beynəlxalq Bankından 60 milyon funt sterlinq alıb qaytarmadığı iddia edilir” – yazır qəzet.

“The Star” AzPolitika saytına istinadən yazır ki, sanksiya veriləcəyi barədə iki gün əvvəl xəbər almış Məmmədov ölkədən çıxa bilib.

Şeffild qəzeti yazır ki, Hafiz Məmmədov hazırda Londondadır, amma Azərbaycandan qaçaq düşməsini inkar edir.

“Mənim ölkədən qaçmağım barədə məlumatlar tam yalandır, - deyib Məmmədov “The Star” qəzetinə, - Mən indi Londonda müalicədəyəm. Ayağımla bağlı problem var. Tezliklə Bakıya qayıdacağam”.

“The Star” bunu da yazır ki, Fransanın RC Lens klubunun başına daha böyük iş gəlib.

Hafiz Məmmədov bu komanda üçün vəd etdiyi pulu verə bilmədiyinə görə fransız klubu avtomatik olaraq 2-ci liqaya keçirilib.

MURAD

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar