Bakı yollarına beton sədlər qoyulur - Fotolar

Şəhərin küçələrində keçiriləcək müxtəlif tədbirlərlə bağlı yol hərəkəti iştirakçılarının təhlükəsizliyini qorumaq məqsədilə küçələrdəki şərti-işarələr təzələnib.

Bundan başqa, paytaxtın bəzi küçə prospektlərində yolların ortasında beton sədlər çəkilib. Beton sədlər əsasən Avropa Oyunlarının məşəlinin keçəcəyi yerlərdə quraşdırılıb.

Qeyd edək ki, I Avropa Oyunlarının məşəli 7-11 iyun tarixlərində Bakının müxtəlif yerlərindən keçiriləcək.

Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək.

İyunun 10-u məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək.

660 millimetr hündürlüyü olan məşəlin gövdəsi “Bakı-2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir. /anspress

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar