Azərbaycan vətəndaşları fermada məcburi əməyə məruz qalıb

Xaçmaz rayon sakininin heyvandarlıq fermasında Azərbaycan vətəndaşı olan şəxslərin məcburi əməyə məruz qalması faktı müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsindən verilən məlumata görə, mayın 26-da İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı, 1975-ci il təvəllüdlü, Xaçmaz rayon sakini Kərimov Əziz Ağanəzər oğlunun sahibi olduğu Qobustan rayonu, Cəngi qəsəbəsi, Xanqulu qışlağı adlanan ərazidə yerləşən heyvandarlıq fermasında Azərbaycan Respublikası vətəndaşı olan şəxslərin məcburi əməyə məruz qalması faktı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar