"Google Maps" Rusiyanı ifşa etdi

Vaşinqtonda mənzillənən "Atlantika şurası" adlı analitik mərkəzin dərc etdiyi hesabata əsasən, Rusiya ordusnun Ukraynanın şərqində baş verən münaqişədə iştirakına dair "təkzibolunmaz sübutlar" mövcuddur.

Təhlilçilərin iddia etdiyinə görə, həmin sübutlar internetdə açıq sürətdə əldə edilə bilən Google xəritə xidmətinin məlumatlarına əsaslanır.

Rusiya qoşunlarının Donbassda yerləşdiyini və hərbi əməliyyatlarda iştirak etdiyini inkar edir.

Rusiyanın iddiasına görə Ukraynanlın şərqində yalnız könüllülər vuruşur.

Atlantika şurasının işçi qrupu isə rusiya qoşunlarının hərbi əməliyyatlarda iştirakını açıq mənbələrə əsaslanaraq sübut etməyə çalışıb.

İşçi qrupun tərkibi ABŞ-ın Kiyevdəki keçmiş səfiri John Herbst də daxil bir neçə ekspertdən ibarətdir.

Rusiya rəsmiləri Atlantika şurasının yeni hesabatına münasibət bildirməyiblər.

Hesabatda qeyd olunduğu kimi, peyklərdən çəkilmiş foto materiallar, mərmi çalaların təhlili və açıq mənbələrdən götürülmüş məlumatlar "DXR" və "LXR" tərəfindən keçirilmiş irimiqyaslı hücumların Rusiya ərazisindən başlandığını sübut edir.

Atlantika şurası ekspertlərinin qeyd etdiyi kimi, Google Earth və Google Maps xidmətlərinə çıxışı olan hər kəsə Ukrayna sərhədinə bitişik ərazilərdə Rusiyanın şəbəkələşmiş sistemlər yaratdığı aydın görünür. /BBC

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar