“Türk axını”nın taleyini Makedoniya həll edə bilər

Türk axını” qaz kəmərinin keçməli olduğu Makedoniya bu layihədə Bolqarıstanın “Cənub axını”nda oynadığı eyni rolu oynaya bilər. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Makedoniya hökuməti bu mövqedədir, bir şərtlə ki, “Türk axını” məsələsində Moskva və Brüssel razılığa gəlsin.

Hazırda isə “Qazprom”un ən geniş miqyaslı layihəsi ilə bağlı öhdəlik yaradan heç bir sənəd imzalanmayıb. Bu haqda “Kommersant” qəzeti qaz bazarındakı mənbələrə istinadən yazıb.

“Türk axını” layihəsinə görə, qaz kəməri Qara dənizin dibi ilə Türkiyəyə çatdırılmalı, oradan isə Yunanıstan, Makedoniya, Serbiya, Macarıstan və nəhayət, həlledici qaz məntəqəsinin yerləışdiyi Avstriyaya çatmalıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar