Kredit ittiqafları maliyyə problemi ilə üzləşib

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının bir qismi maliyyə vəsaiti çatışmazlığından əziyyət çəkir. Bu barədə fins.az-a açıqlamasında Azərbaycan Kredit İttifaqları Assosiasiyasının (AKİA) İdarə Heyətinin sədri Ayaz Quliyev məlumat verib. Onun sözlərinə hazırda, hazırda rəhbərlik etdiyi quruma daxil olan 50 kredit ittifaqından 12-si maliyyə problemi ucbatından kreditləşməni dayandırıb.

Azərbaycanda kredit ittifaqlarının yaranmasında, formalaşmasından dövlətin böyük rolu olub. Əsasən aqrar sahədə fəaliyyət göstərən kredit ittifaqları uzun illər Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin ayırdığı vəsaitlə işləyiblər. Son vaxtlar isə bu mənbədən gələn pullar kəsilib. Bu isə bizim üzvümüz olan 12 kredit ittifaqının fəaliyyətində fasilə yaranmasında səbəb olub” – deyə o, bildirib.

Ayaz Quliyev AKİA-ya daxil olan kredit ittifaqlarının sayının ilin əvvəlindən bəri 84-dən 50-yə düşməsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, 34 kredit ittifaqı üzvlük haqqını ödəmədiyinə, AKİA-ya hesabat vermədiyinə, bir sözlə qurumla yaxından təmasda olmadığına görə üzvlükdən kənarlaşdırılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar