Nizami Piriyev həbsdən azad edildi

Kredit borclarını qaytarmamaq ittihamı ilə həbs olunan oliqarx Nizami Piriyev bu gün azad edilib. Bu barədə virtualaz.org saytına biznesmenin yaxın ətrafından məlumat verilib.

Yada salaq ki, iş adamı mayın 12-də həbs edilmişdi. Nizami Piriyev “PNN Group” şirkətinin təsisçisidir. Şirkətə onun oğlu Nəsib Piriyev rəhbərlik edir. "PNN Group"un əsas aktivləri neft-kimya sənayesi sahəsində fəaliyyət göstərən və metanol istehsalı ilə məşğul olan “AzMeCo” şirkətinə məxsusdur.

Bundan əlavə “PNN Group” şirkəti “De Beers” və “Hamley's” brendlərinin tərəfdaşıdır. Piriyevlər bu şirkətin Azərbaycan və Ukraynada mağazalarını açıblar. “KFC” qəlyanaltıxanalar şəbəkəsi də bu ölkələrdə Piriyevlərin idarəçiliyi ilə fəaliyyət göstərir. Onlar iki ölkədə artıq 50 “KFC” obyekti açıblar.

“PNN Group” öz maliyyə aktivlərinin həcminin 650 milyon dollar olduğunu rəsmən bəyan edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar