Serbiya Azərbaycana görə Rusiya qazından imtina etməyə hazırdır

Serbiya Rusiyadan enerji asıllığını azaltmaq niyyətindədir. Anspress-in məlumatına görə, bunu Serbiyanın baş naziri Aleksandr Vuçiç deyib.

O bildirib ki, Serbiya Azərbaycanın iri qaz kəməri layihəsini dəstəkləyir. A.Vuçiç ABŞ hakimiyyətinin ölkəyə qaz nəqlinin diversifikasiyası haqqında çağırışlarını dəstəklədiyini söyləyib. "Biz Serbiyaya qaz nəqlini diversifikasiya etməyə hazırıq. Bu, bizim tərəfdaşımız olan ABŞ üçün son dərəcə əhəmiyyətlidir", - deyə baş nazir vurğulayıb.

Xatırladaq ki, ABŞ Balkan ölkələrini "Türk axınından" Azərbaycan qaz kəməri layihəsinin xeyrinə imtina etməyə çağırıb. Bundan öncə isə bildirilirdi ki, Makedoniya "Türk axını" layihəsinin taleyini həll edə bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar