TANAP-dan sevindirici xəbər

Trans-Anadolu boru kəmərinin tikintisi qrafiki 3 ay qabaqlayır

TANAP-ın (Trans-Anadolu boru kəməri) tikintisi qrafiki 3 ay qabaqlayır. Bunu Türkiyənin energetika naziri Taner Yıldız bəyan edib.

“Şahdəniz-2” layihəsinin reallaşdırılması çərçivəsində Azərbaycan və Gürcüstandakı təbii qaz boru kəmərinin inşasına 12 milyard dollar pul qoyulub və işlərin 30%-i yerinə yetirilib.

Bu barədə Dövlət Neft Şirkətinin vitse-prezidentinin müavini Vitali Bəylərbəyov Euroaktiv nəşrinə bildirib.

Onun sözlərinə görə, “Şahdəniz-2” layihəsindən mavi yanacaq hasilatına ən geci 2018-ci ildə başlanacaq. Həmin il qaz Türkiyənin Əskişəhər bölgəsinə daxil olacaq.

2021-ci ilin əvvəlində isə Yunanıstan, Bolqarıstan, İtaliyadakı alıcılar “Şahdəniz”dən qaz almaya başlayacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar