Piriyev və Nehrəmli iltizam müqabilində azadlığa çıxıb - Vəkil

Bu gün Bakının Nərimanov rayon məhkəməsi biznesmen Nizami Piriyev barəsində qətimkan tədbirini dəyişib. Məhkəmə ölkəni tərk etməmək haqqında iltizam alaraq, onu həbsdən azad edib. Bu barədə Turan-a vəkil Kamandar Nəsibov bildirib.

Vəkil təkrar edib ki, Piriyev ittihamları qəbul etmir: Beynəlxalq Bankdan metanol zavodunun tikintisi üçün alınmış kreditdən təyinatı üzrə istifadə olunub, ödəmə müddəti isə bitməyib. Müəssisə işlədikcə, kreditin qalan hissəsi də ödəniləcək, deyə vəkil bildirib. O, kredit məbləğini açıqlamayıb.

“Avesta” şirkətindəki mənbələrin məlumatına görə, dünən digər oliqarx – İbrahim Nehrəmli də azad edilib. “Caspian İslands” layihəsinin sahibi öz nümayəndələri vasitəsilə mətbuata gecikmiş kreditin bir hissəsini ödədiyini və qalan hissəsini qrafikə uyğun olaraq ödəyəcəyini çatdırıb.

Xatırladaq ki, hər iki biznesmen bir neçə gün əvvəl böyük ölçüdə bank kreditlərin ödənilməməsi ilə əlaqədar saxlanılıb və DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində saxlanılırdılar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar