Putin kütləvi həbslərdən danışdı - VİDEO

"FİFA məmurlarının həbs qalmaqalının Rusiya ilə heç bir əlaqəsi yoxdur"

İsveçrədə FİFA məmurlarının həbs qalmaqalının Rusiya ilə heç bir əlaqəsi yoxdur. Anspress-in məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin açıqlama verib. O bildirib ki, həbslərin futbol üzrə dünya çempionatının 2018-ci ildə Rusiyada keçiriləcəyi ilə əlaqəsi yoxdur.

Prezident bəyan edib ki, ABŞ-ın sorğusu əsasında İsveçrədə FİFA məmurlarının həbsi çox qəribədir:

"Hesab edirəm ki, bu həbslərlə ABŞ öz yurisdiksiyasını digər dövlətlərdə genişləndirməyə və Yozef Blatterin yenidən FİFA prezidenti postuna seçilməsinə mane olmağa çalışır. Mən artıq buna tamamilə əminəm. Həbslər çox qəribədir. Çünki kütləvi həbslər Amerika tərəfinin sorğusu əsasında korrupsiya ittihamı ilə həyata keçirilir. Halbuki həbs edilənlər ABŞ vətəndaşı deyil".

Qeyd edək ki, son bir neçə gün ərzində ABŞ tərəfinin sorğusu əsasında İsveçrədə FİFA məmurları həbs edilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar