Tikrit yaxınlığında kütləvi məzarlıq aşkarlandı

İraqın şimalındakı Tikrit şəhərindəki bir məzarlıqdan 470 nəfərin qalıqları eskumasiya edilib. Musavat.com BBC-yə istinadla xəbər verir ki, cəsədi çıxarılanların hamısının İŞİD silahlıları tərəfindən öldürüldüyü güman edilir.

İraq hökumətinin məlumatına görə, kütləvi qətliam Tikrit şəhəri terrorçuların əlinə keçdikdən sonra baş verib.

Qeyd edək ki, 2014-cü ilin iyununda Spayker hərbi bazasında olan 1700-ə yaxın İraq əsgəri İŞİD-ə əsir düşmüşdü.

Hökumət qüvvələri şəhərə nəzarəti iki ay öncə bərpa edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar