Bakıda 100 minlik maşın qəza törətdi - Foto

Bakıda lüks avtomobil qəza törədib. Musavat.com-un report-a istinadən məlumatına görə, hadisə Səbail rayonu Badamdar qəsəbəsindən Xarici Dairəvi yol istiqamətində gedən hissədə baş verib.

Qəza zamanı "Mercedes GL 550" markalı avtomobillə "Mercedes E 240" markalı digər nəqliyyat vasitəsi toqquşub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Qəza "Mercedes GL 550" markalı maşının sol qabaq təkərində yaranan nasazlıq səbəbindən baş verib.

Bu səbəbdən qəfil idarəetməni itirən sürücü qarşı yola çıxıb və digər avtomobillə toqquşub. Daha sonra isə "Mercedes GL 550"in sürücüsü avtomobili yol kənarındakı səkilərə çırpıb.

Qəza ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar