Rusiya taxıl məhsulu artımı gözləmir

Yayılan məlumata görə, Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçov hesab edir ki, 2015-ci ildə Rusiya Federasiyasında taxıl məhsullarının istehsal həcmi proqnozları adlayacaq və 2014-cü ildəki 105,3 milyon tona çatacaq (RİA Novosti).

Cənub və Şimalli Qafqaz federal dairələrində səpinlə balğı keçirilən iclasda Tkaçov bu barədə deyib: «2014-cü ilin səviyyəsinə çatmalıyıq, amma bu səviyyəni adlamaq daha arzuolunandır...» (Rosbalt).

Tkaçov hesab edir ki, məhsul toplanışına vaxtında aparılmış yüksək hazırlıq işləri ötən ilin göstəricilərinə çatmağa imkan verəcək: «Biz bütün senarilərə hazır olmalıyıq. İtkilərin azaldılması, o cümlədən, təbii kataklizmlər səbəbindən baş verən itkilərin azaldılması üçün texnikanın və digər amillərin köməyi ilə hər şeyi etməliyik...».

Kənd təsərrüfatı nazirliyinin məlumatında deyilir ki, mayın 26-a olan məlumata görə, Rusiyada 38,4 milyon hektar sahədə (planın 74,1 faizi) dənli bitkilər səpilib. Bunun 8,9 milyon hektarı buğda, 6,7 milyon hektarı arpa, 2,5 milyon hektarı qarğıdalı, 170,3 min hektarı isə düyü sahəsidir.

Mayın 21-ə olan məlumata görə, ölkədə mövsümi tarla işləri üçün venilmiş kredit resurslarının həcmi 73,02 milyard rubl təşkil edir. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,0 faiz azdır. «Rosselxozbank» kənd təsərrüfatı kreditləşdirilməsi həcmlərini ötən ilə nisbətən 22,0 faz azaldıb (48,65 milyard rubl), «Sberbank» isə 37,0 faiz (24,37 milyard rubl) artırıb.

«Rosstat»ın məlumatına görə, 2015-ci il mayın əvvəlinə Rusiyanın kənd təsərrüfatı, tədarükçü və emalçı müəssisələrin sərəncamında 19,1 milyon ton və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,4 milyon ton (21,3 faiz) çox taxıl olub.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar