Rusiyada iqtisadi tənəzzül davam edir - Proqnozlar bədbindir

«Ölkədə böhranın aşağı nöqtəsi hələ keçilməyib»

Rusiya KİV-in yaydığı məlumata görə, 2015-ci ilin aprelində Rusiya Federasiyasında iqtisadi tənəzzül güclənib. «Vneşekonombank» tərəfindən hazırlanmış aylıq qiymətləndirmə hesabatı bunu açıq göstərir (Rosbalt).

«Vneşekonombank»ın hesabatına görə, mövsümi və təqvimi amillər istisna olmaqla, ölkədə ümumi daxili məhsul (ÜDM) artıq dördüncü aydır ki, hər ay əvvəlki aya nisbətən azalmağa doğru gedir. Belə ki, 2015-ci ilin aprelində ölkədə ÜDM 0,6 faiz azalıb, martda bu rəqəm 0,4 faiz, fevralda 0,6 faiz, yanvarda isə 1,6 faiz təşkil edib («Finmarket»).

Sözügedən dövrdə emal sənayesində neqativ dinamika minus 2,0 faiz, faydalı qazıntılar sahəsində minus 0,5 faiz, ticarət sektorunda minus 1,5 faiz təşkil edib. İqtisadiyyatın inkişafına elektrik enerjisi, qaz və su istehsalı (0,8 faiz) və kənd təsərrüfatı məhsulları istehsalı (0,1 faiz) sektorları pozitiv təsir göstərib.

«Vneşekonombank»ın qiymətləndirməsinə görə, 2015-ci ilin aprelində ÜDM ötən ilin müvafiq dövrü ilə müqayisədə4,3 faiz aşağı düşüb, martdakı enmə isə 3,3 faiz təşkil edib. Cari ilin yanvar-aprel ayları ərzində ölkədə ÜDM azalması 2,5 faiz olub.

Enmənin apreldə güclənməsi hər şeydən əvvəl, sənaye istehsalı, nəqliyyat və maliyyə sektorlarında yaşanan enmənin nəticəsidir. İxrac rüsumlarının dinamikası da ÜDM-ə neqativ təsir göstərib.

«Vneşekonombank»ın baş iqtisadçısı Andrey Kopaç bu barədə deyib: «Apreldə enmənin güclənməsi göstərir ki, ölkədə böhranın aşağı nöqtəsi hələ keçilməyib. Hələlik əsas neqativ istehlak xərcləri ilə bağlıdır. Gəlirlərin azalmasının sürətlənməsi fonunda ev təsərrüfatlarında qənaətlərə meyllilik artmaqda davam edir. Bu zaman nağd valyuta ilə qənaətlərlə müqayisədə bank əmanətlərinə üstünlük verilir. İşsizlik səviyyəsinin nisbi aşağı hədlərdə saxlanması isə real əmək haqlarının aşağı salınması hesabına başa gəlir...».

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar