«Ukrayna gec-tez NATO-nun üzvü olacaq» - Baş nazir

Xarici KİV-in məlumatına görə, Ukraynanın baş naziri Arseniy Yatsenyuk təhlükəsizlik üzrə forumda bəyan edib ki, ölkəsi «guc-tez» NATO-nun üzvü olacaq (TASS).

Hökumət başçısı qeyd edib ki, ölkəsinin alyansa daxil olmaq imkanlarının mümkünlüyü məsələsi ümumukrayna referendumu ilə həll olunacaq. Bu zaman baş nazir referendumun nəticələrinə indidən əmin olduğunu da bildirib: «Biz, gec-tez alyansın üzvü olacağıq...».

Onun sözlərinə görə, Şimali Atlantika alyansına üzvlük perspektivi Ukrayna qanunvericiliyi ilə zidiyyət təşkil etmir. Çünki bundan əvvəl ölkəsi bloklara qoşulmamaq statusundan imtina edib.

Baş nazir şübhə etdiyini bildirib ki, əgər Kiyev indi üzvlük barədə sifariş versəydi, qəbul olunardı: «Hamımız anlayırıq, əgər biz üzvlük barədə sifarişi indi versək, düşünmürəm ki, o saat yekdilliklə səsvermə (NATO üzvlərinin səsverməsi - «TASS») baş verəcək...».

Baş nazir xatırladıb ki, Kiyev NATO-nun 4 fondunun üzvüdür. Ona görə də bu çərçivə daxilində bütün mövcud imkanlardan istifadə etmək vacibdir.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar