Ukrayna nüvə silahının yaylmaması müqaviləsindən çıxsın - Sabiq prezident Kuçma

Ukraynanın sabiq prezidenti Leonid Kuçma Ali Radanı ölkənin nüvə silahının yayılmamsı müqaviləsindən çıxmaq məsələsinə baxmağa çağırıb (TASS).

Sabiq prezident deyib: «Biz Leonidlə (Ukraynanın birinci prezidenti Kravçuk nəzərdə tutulur - TASS) birlikdə parlamentə müraciət edirik ki, Budapeşt memorandumuna əməl olunmadığına görə, etiraz əlaməti olaraq Ukrayna nüvə silahının yayılmaması müqaviləsindən çıxsın...».

Bu zaman Kuçma hesab edir ki, Budapeşt memorandumuna uyğun olaraq, ABŞ Ukraynanın təhlükəsizliyini təmin etməlidir: «Görünür, biz ABŞ-ı diplomatik yollarla məcbur etmək məcburiyyətində qalacağıq ki, Budapeşt memorandumuna əməl etsin...».

Kuçma ona da aydınlıq gətirib ki, nüvə silahının yayılmaması müqaviləsindən çıxmaq heç də o demək deyil ki, Ukrayna hansısa nüvə silahı yaradacaq: «Bizim nə maliyyə, nə də kosmik imkanlarımız yoxdur».

Təhlükəsizlik zəmanəti barədə Budapeşt memorandumu 5 dekabr 1994-cü ildə Ukrayna, ABŞ, Rusiya Federasiyası və Böyük Britaniya liderləri tərəfindən imzalanıb. Sənəd Ukraynanın müstəqilliyinə, suverenliyinə və sərhədlərinin toxunulmazlığına zəmanət verir. Memoranduma və Lissabon protokoluna uyğun olaraq, Ukrayna 1996-cı ildə nüvə silahının yayılmaması haqqında Müqaviləyə qoşulub (Qazaxıstan və Belorusla eyni statusda - nüvə silahına malik olmayan ölkə kimi).

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar